Çərşənbə günü, sentyabrın 17-də Avropa Komissiyası bu dövlətin Qəzza zolağındakı hərəkətləri ilə əlaqədar İsrailə qarşı tədbirlər kompleksi təklif edəcək.
NOCOMMENT.az bildirir ki, bu barədə Avropa Komissiyasının mətbuat katibi Paula Pinyo brifinq zamanı bildirib.
“Sabah kollegiya iclası zamanı Avropa komissarları İsraillə bağlı tədbirlər paketini, xüsusən də AK-nin İsraillə assosiasiya sazişinin bəzi müddəalarının dayandırılması təklifini qəbul edəcəklər”, – o deyib.
Pinho aydınlaşdırıb ki, AK-nin təklifi “ekstremist nazirlərə, eləcə də aqressiv məskunlaşanlara” qarşı sanksiyaların tətbiqinə, həmçinin assosiasiya sazişinin, xüsusən də ticarətlə bağlı müddəaların qismən dayandırılmasına aid olacaq.
Avropa Komissiyasının sədri Ursula fon der Leyen sentyabrın 10-da Strasburqda Avropa Parlamentinin sessiyasında Avropa İttifaqındakı işlərin vəziyyətinə dair illik mesajı ilə çıxış edərək bildirib ki, AK İsraillə əməkdaşlığı məhdudlaşdırmaq, hökumət üzvlərinə qarşı sanksiyalar tətbiq etmək və Aİ ilə Assosiasiya Sazişini dayandırmaq niyyətindədir.