Avropa Komissiyası Ukrayna üzərindən Rusiya qazının nəqlini dayandırmağa çalışırbackend

Avropa Komissiyası Ukrayna üzərindən Rusiya qazının nəqlini dayandırmağa çalışır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Komissiyası Rusiya qazının Ukrayna üzərindən nəqlini tamamilə dayandırmaq üçün intensiv işləyir.

NOCOMMENT.az xəbər verir ki. bu barədə Avropa Komissiyası nümayəndəsi Tim Makfi fevralın 28-də Brüsseldə keçirdiyi brifinqdə məlumat verib.

Onun sözlərinə görə, hazırda Avropa İttifaqı Ukraynanın qaz nəqli sistemi vasitəsilə ildə təxminən 15 milyard kubmetr Rusiya qazı alır. Bu həcm Avstriya, Slovakiya, Çexiya arasında paylanır və kiçik bir hissəsi İtaliyaya gedir.

“Avropa Komissiyası bu ölkələrin lazımi qaz tədarükünü təmin etmək üçün onlarla sıx əməkdaşlıq edir. Məsələ burasındadır ki, bu ölkələr qazı digər qaz kəmərləri, eləcə də mayeləşdirilmiş təbii qaz vasitəsilə qəbul edə bilər və biz bunun mümkün olduğuna əminik”, deyə Makfi vurğulayıb.

Rusiya qazının Ukrayna ərazisindən tranziti ilə bağlı mövcud müqavilənin müddəti 2024-cü il dekabrın 31-də başa çatır. Avropa Komissiyası daha əvvəl bildirmişdi ki, onun müddətini uzatmaq niyyətində deyil.