Avropa Komissiyası Ukraynaya nadir torpaq ehtiyatları üzrə hər hansı yeni saziş deyil, 2021-ci il üçün anlaşma memorandumu təklif edir.
NOCOMMENT.az xəbər verir ki, bunu Brüsseldə keçirdiyi mətbuat konfransında AK rəhbərinin müavini Stefan Sejurne Kiyevə səfərinin yekunlarını şərh edərkən deyib.
“Bizim Ukrayna ilə artıq münaqişədən əvvəl bağlanmış müqaviləmiz var – bu, 2021-ci il üçün Anlaşma Memorandumudur. Heç bir yeni sənəd yoxdur”, – deyə o vurğulayıb.
Avropa İttifaqı Ukraynaya “kritik materiallar” üzrə razılaşma təklif edib. Sejurne müvafiq təklifləri fevralın 24-də Kiyevə səfəri zamanı Ukrayna rəsmilərinə çatdırıb.