Avropa Komissiyası Vuçiçə Moskvaya səfərinin fəsadları barədə xəbərdarlıq edibbackend

Avropa Komissiyası Vuçiçə Moskvaya səfərinin fəsadları barədə xəbərdarlıq edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Serbiya Prezidenti Aleksandar Vuçiçin Moskvaya səfəri ölkənin Avropa İttifaqına (Aİ) daxil olması yolunda mənfi nəticələr verə bilər.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə Brüsseldə keçirilən brifinqdə Avropa Komissiyasının (AK) nümayəndəsi Qiyom Mersye bildirib.

“Onun Moskvadakı tədbirdə iştirakı islahat müzakirələrinə aparan yola və danışıqlarda növbəti addımlara təsir göstərəcək”, – onun sözləri AK-nın audiovizual xidmətinin saytında qeyd olunub.

Xatırladaq ki, daha əvvəl Vuçiç 9 may Qələbə Günü ilə əlaqədar Rusiyaya səfər etmək qərarına görə güclü təzyiqlərlə üzləşdiyini, lakin səfəri ləğv etməyəcəyini bildirmişdi.