Avropa liderlərindən Kiyevə dəstək MESAJLARIbackend

Avropa liderlərindən Kiyevə dəstək MESAJLARI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Ukraynaya hücumunun 1-ci ildönümündə bir çox Avropa ölkəsi Ukraynaya dəstək bəyanatları verib.

NOCOMMENT.az xəbər verir ki, Fransa, Hollandiya, Böyük Britaniya, Avstriya, Bosniya və Herseqovina, Yunanıstan və Xorvatiya Ukraynanın yanında olduqları mesajını paylaşıblar.

Fransa prezidenti Emmanuel Makron “Twitter” hesabından verdiyi açıqlamada ölkəsinin Ukraynaya dəstəyini çatdırıb: “Ukraynalılar, Fransa sizinlədir. Həmrəylik, qələbə və sülh”.

Avstriya Prezidenti Aleksandr Van der Bellen “Sizə zəmanət verirəm, nə qədər vaxt aparsa da, Avstriya Ukrayna ilə həmrəy olacaq. Biz sizinləyik” deyə paylaşım edib.

NOCOMMENT.AZ