Avropa Liqası: Bütün 1/4 final cütləri məlum oldubackend

Avropa Liqası: Bütün 1/4 final cütləri məlum oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UEFA Avropa Liqasında 1/4 finala yüksələn bütün komandaların adları müəyyənləşib.

NOCOMMENT xəbər verir ki, 1/8 final mərhələsinin son cavab görüşləri nəticəsində bu hüquqa İngiltərə “Vulverhempton”u və İsveçrə “Bazel”i yiyələnib.

“Vulverhempton” Yunanıstanda 1:1 hesablı heç-heçə etdiyi Yunanıstan “Olimpiakos”unu öz meydanında minimal hesabla yenib. Yeganə qolu 8-ci dəqiqədə penaltidən Raul Ximenes vurub.

“Bazel” isə Almaniyada 3:0 hesabı ilə darmadağın etdiyi Frankfurt “Ayntaxt”ına evdə də qalib gəlib – 1:0. 87-ci dəqiqədə Fabian Frayın vurduğu qol oyunda yeganə olub.

Beləliklə, 1/4 finalda görüşəcəklər:

“Vulverhempton” (İngiltərə) – “Sevilya” (İspaniya)
“Şaxtyor” (Ukrayna) – “Bazel” (İsveçrə)
“İnter” (İtaliya) – “Bayer” (Almaniya)
“Mançester Yunayted” (İngiltərə) – “Kopenhagen” (Danimarka)

Oyunlar 10-11 avqustda Almaniyanın 4 müxtəlif şəhərində təşkil olunacaq.