Avropa Liqası: “Qarabağ” Bakıda “Bayer 04″lə heç-heçə edib – YENİLƏNİB-8backend

Avropa Liqası: “Qarabağ” Bakıda “Bayer 04″lə heç-heçə edib – YENİLƏNİB-8

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ” UEFA Avropa Liqasında növbəti oyununu keçirib.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Bakıda Almaniyanın “Bayer 04” klubunu qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma heç-heçə başa çatıb – 2:2.

26-cı dəqiqədə Yassin Benzia hesabı açıb. 45+2-ci dəqiqədə Olavio Juninyo qonaqları növbəti dəfə məyus edib.

Leverkuzen təmsilçisinin heyətində Florian Virtz 70-ci dəqiqədə fərqi azaldıb. 90+2-ci dəqiqədə Patrik Şik Almaniya klubunu məğlubiyyətdən xilas edib.

Qeyd edək ki, komandalar arasında cavab oyunu martın 14-də Leverkuzen şəhərində gerçəkləşəcək.

23:37

Bakıda “Qarabağ” və Almaniyanın “Bayer 04” komandaları arasında keçirilən Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda növbəti qol vurulub.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, qonaqlar hesabı bərabərləşdiriblər – 2:2.

90+2-ci dəqiqədə Patrik Şik fərqlənib.

23:18

Bakıda “Qarabağ” və Almaniyanın “Bayer 04” komandaları arasında keçirilən Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda növbəti qol vurulub.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, qonaqlar hesab arasındakı fərqi azaldıblar.

70-ci dəqiqədə Florian Virtz fərqlənib.

Azərbaycan çempionu hazırda öndədir – 2:1.

23:04

Bakıda “Qarabağ” və Almaniyanın “Bayer 04” komandaları arasında keçirilən Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunu davam edir.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, Azərbaycan çempionu iki top fərqi ilə öndədir – 2:0.

Hazırda matçda ikinci hissə oynanılır.

Yassin Benzia 26-cı dəqiqədə fərqlənib. 45+2-ci dəqiqədə Olavio Juninyo qonaqları növbəti dəfə məyus edib.

22:50

Bakıda “Qarabağ” və Almaniyanın “Bayer 04” komandaları arasında keçirilən Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda ikinci hissə başlayıb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, Azərbaycan çempionu iki top fərqi ilə öndədir – 2:0.

Yassin Benzia 26-cı dəqiqədə fərqlənib. 45+2-ci dəqiqədə Olavio Juninyo qonaqları növbəti dəfə məyus edib.

 

Bakıda “Qarabağ” və Almaniyanın “Bayer 04” komandaları arasında keçirilən Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda birinci hissə başa çatıb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, Azərbaycan çempionu fasiləyə öndə yollanıb – 2:0.

Yassin Benzia 26-cı dəqiqədə hesabı açıb. 45+2-ci dəqiqədə Olavio Juninyo qonaqları növbəti dəfə məyus edib.

22:15

Bakıda “Qarabağ” və Almaniyanın “Bayer 04” komandaları arasında keçirilən Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda hesab açılıb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, 26-cı dəqiqədə Azərbaycan çempionu rəqibi məyus edib.

Yassin Benzia topu qapıdan keçirib.

21:45

Bakıda “Qarabağ” və Almaniyanın “Bayer 04” klubları arasında keçirilən UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunu başlayıb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 21:45-də start götürüb.

Görüşün baş hakimi fransalı Benua Bastyendir.

Qeyd edək ki, komandalar arasında cavab oyunu martın 14-də Leverkuzen şəhərində gerçəkləşəcək.

20:40

Bakıda UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda üz-üzə gələcək “Qarabağ” və Almaniyanın “Bayer 04” klubunun start heyətləri açıqlanıb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar.

“Qarabağ”: Andrey Lunyov, Marko Veşoviç, Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Toral Bayramov, Patrik Andrade, Marko Yankoviç, Leandro Andrade, Yassin Benzia, Abdullah Zubir, Juninyo.

Baş məşqçi: Qurban Qurbanov.

“Bayer 04”: Matey Kovar, Alexandro Qrimaldo, Edmond Tapsoba, Conatan Tah, Odilon Kassunu, Amin Adli, Robert Andrix, Ezekyel Palasios, Natan Tella, Borxa İqlesias, Adam Hlojek.

Baş məşqçi: Xabi Alonso.

Qeyd edək ki, komandalar arasında bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək ilk görüş saat 21:45-də başlayacaq. Cavab qarşılaşması martın 14-də Leverkuzendə reallaşacaq.