Avropa Liqası: Qarabağ-ın qrupdakı rəqibləri bilindibackend

Avropa Liqası: Qarabağ-ın qrupdakı rəqibləri bilindi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Avropa Liqasında qrup mərhələsinin püşkü atılıb.

NOCOMMENT-in məlumatına görə, Azərbaycanın turnirdəki yeganə təmsilçisi olan “Qarabağ”ın rəqibləri müəyyənləşib.

Püşkatmaya ilk dəfə 2-ci səbətdən qoşulan Ağdam klubu İspaniyanın “Vilyarreal”, İsrailin “Makkabi” (Təl-Əviv) və Türkiyənin “Sivbasspor” komandaları ilə birlikdə I qrupunda yer alıb.

UEFA Avropa Liqası

I qrupu

“Vilyarreal” (İspaniya)
“Qarabağ” (Azərbaycan)
“Makkabi” (Təl-Əviv, İsrail)
“Sivasspor” (Türkiyə)

Qeyd edək ki, qrup mərhələsinin oyunları oktyabrın 22-də və 29-da, noyabrın 5-də və 26-da, həmçinin dekabrın 3-də və 10-da keçiriləcək.