Avropa Mərkəzi Bankı uçot dərəcəsini aşağı salıbbackend

Avropa Mərkəzi Bankı uçot dərəcəsini aşağı salıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Mərkəzi Bankı (ECB) 17 oktyabr iclasından sonra əsas faiz dərəcələrini 25 baza bəndi azaltmaq barədə qərar qəbul edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “İnterfaks” ECB-nin bəyanatına istinadən məlumat yayıb.

Aydınlaşdırılır ki, marja kreditləri üzrə faiz dərəcəsi hazırda 3,65%, əsas yenidən maliyyələşdirmə əməliyyatları (MRO) üzrə faiz dərəcəsi 3,4%, depozitlər üzrə faiz dərəcəsi isə 3,25% təşkil edir.

“Daxil olan inflyasiya məlumatları göstərir ki, dezinflyasiya prosesi gözlənildiyi kimi davam edir”, – Mərkəzi Bankın açıqlamasında deyilir.