Avropa Mərkəzi Bankının (AMB) prezidenti Kristin Laqard bildirib ki, inflyasiya təzyiqləri yüksəkdir və əsas inflyasiyanın pik həddinə çatdığına dair aydın dəlil yoxdur.
NOCOMMENT.az xəbər verir ki, AMB prezidenti Kristin Laqard Avropa Parlamentinin (AP) İqtisadi və Maliyyə Məsələləri Komitəsinin Brüsseldə keçirilən Monetar Dialoq sessiyasında çıxış edib.
Avro Bölgəsində iqtisadi artımın 2023-cü ilin əvvəlində demək olar ki, dayandığını bildirən Laqard enerji qiymətlərindəki azalma, tədarük darboğazlarının yumşaldılması və maliyyə siyasəti ilə iqtisadi fəallığın dəstəkləndiyini bildirib.
“Enerji böhranı yüngülləşdikcə müvafiq hökümət dəstək tədbirlərini dərhal və ahəngdar şəkildə geri çəkməlidirlər” deyə Laqard bildirib.
NOCOMMENT.AZ