Avropa mətbuatından Bayraktar TB2 tərifi diqqəti çəkdibackend

Avropa mətbuatından Bayraktar TB2 tərifi diqqəti çəkdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın “La Croix” qəzeti silahlı pilotsuz uçuş aparatları ilə bağlı Türkiyə SİHA-ları haqqında tərifli açıqlamalar verib.

NOCOMMENT xəbər verir ki, Türkiyənin müdafiə addımları dünya tərəfindən yaxından izlənilir. Fransanın “La Croix” qəzetinin silahlı pilotsuz uçuş aparatları ilə bağlı təhlil yazısında Türkiyə SİHA-larına xüsusi bölmə ayrılıb. Təhlil xəbərlərində Baykar tərəfindən milli və orijinal olaraq hazırlanan Bayraktar TB2 SİHA-lar tərifləndi və “SİHA Türkiyənin yeni təsir alətidir” deyildi. Xəbərdə Türkiyənin SİHA texnologiyası sayəsində Afrika, Orta Asiya, Yaxın Şərq və Avropada təsirini artırdığı bildirilib.

Türkiyə müdafiə sənayesində atdığı addımlarla beynəlxalq aləmdə diqqət çəkməyə davam edir.

Tamamilə yerli və milli resurslarla istehsal edilən silahlı pilotsuz uçuş aparatlarının (SİHA) müxtəlif ölkələrin döyüş meydanlarında əldə etdiyi uğurlar diqqəti çəkir.