Avropa ölkələri Fələstini tanıyır – ABŞ narahatdırbackend

Avropa ölkələri Fələstini tanıyır – ABŞ narahatdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Fələstini bir neçə Avropa ölkəsinin tanıması iki dövlətli həllə nail olmağa imkan verməyəcək”.

NOCOMMENT.az xəbər verir ki, bunu Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan deyib.

Bildirib ki, həm israillilər, həm də fələstinlilər arasında iki dövlətli həllə nail olmağın yeganə yolu tərəflər arasında birbaşa danışıqlar keçirməkdir:

“Burada nə baş verdiyindən xəbərdarıq. Biz inanırıq ki, iki dövlətli həllə nail olmağın yeganə yolu tərəflər arasında birbaşa danışıqlardır. Ərəb, Avropa dövlətləri iki dövlət arasında həllinə inanırlar. İsrail isə suveren bir xalqdır. Sonda nə edəcəyinə qərar verməli olacaq. Biz inanırıq ki, HƏMAS-ı məğlub etmək və İsrailin uzunmüddətli təhlükəsizliyinə aparan yeganə yol hərbi səyləri artırmaqdır. İsrailin hərbi səyləri vahid, inteqrasiya olunan strategiyaya bağlanmalı olduğuna inanırıq”.