Avropa ölkələri Ukraynaya ABŞ qədər kömək etməlidirbackend

Avropa ölkələri Ukraynaya ABŞ qədər kömək etməlidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Avropa ölkələri Ukraynaya kömək üçün ABŞ qədər vəsait ayırmalıdır. Əks halda bu, amerikalı vergiödəyicilərinə qarşı ədalətsizlikdir”.

NOCOMMENT.az xəbər verir ki, ABŞ-nin 45-ci prezidenti Donald Tramp belə deyib. Bildirib ki, Avropa Kiyevə dəstək üçün Vaşinqtondan 100 milyard dollar az xərcləyir.

O, jurnalistin prezident seçkilərində qalib gələcəyi təqdirdə, Kiyevə ayrılan vəsaiti azaldıb-azaltmayacağı ilə bağlı sualını da cavablandırıb. Qeyd edib ki, Avropa ölkələri birləşərək eyni məbləği ödəməlidir. Ukraynadakı vəziyyət onların təhlükəsizliyi üçün vacibdir.

Qeyd edək ki, bundan əvvəl Floridadakı malikanəsində Trampla görüşən Macarıstanın Baş naziri Viktor Orban bildirib ki, ABŞ-ın keçmiş prezidenti Ağ Evə qayıdarsa, Ukraynadakı hərbi əməliyyatları maliyyələşdirməyəcək və Avropanın təhlükəsizliyinə vəsait ayırmayacaq.