Avropa ölkələrinə giriş qadağasının Azərbaycanın avtomobil bazarına təsiribackend

Avropa ölkələrinə giriş qadağasının Azərbaycanın avtomobil bazarına təsiri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa ölkələri məlum pandemiyanın 2-ci dalğasından ehtiyatlanaraq öz tədbirlər planları üzrə çox ciddi şəkildə hərəkət edirlər. NOCOMMENT.az xəbər verir ki, bu barədə Almaniyada yaşayan iş adamı Rəşad Quliyev bildirirb.

İş adamı bildirir ki, Fransa Prezidenti E.Makron Avropa ölkələrinin liderlərinə şengen zonaya giriş qadağası tətbiq etməli olduqlarını söyləyib. Avropa Komissiyası da öz növbəsində bu məsələyə çox isti münasibət bəsləyir. Regionda bir çox ölkələr 6-cı ayın sonuna kimi hava və quru sərhədlərini tamamilə bağlayıblar. Almaniyada ölkə daxili uçuşlar belə ləğv edilib. Karantin müddəti artıq 3-cü dəfədir ki, uzadılıb.
Şəhər sakinlərinə öz şəhərlərini əsaslı səbəb olmadan tərk etmək qadağan edilib. Xarici işlər naziri 14 iyuna kimi ölkəyə giriş və çıxışa tətbiq edilən məhdudiyyət müddətinin daha da artırılacağını istisna etməyib.

MİLLİ VİZA NƏDİR VƏ KİMLƏRƏ VERİLİR?

2020-ci il ərzində ölkəyə turistik səfərin (Şengen viza ilə) qeyri mümkün olacağı (Milli viza sahibləri istisna olmaqla) gözlənilir. Belə olduğu halda Azərbaycan və Almaniya arasındakı ticarət dövriyyəsinin ana sütununu təşkil edən avtomobil alqı-satqısı və daşınması necə və kimlər tərəfindən həyata keçiriləcək?
Nazirlər Kabineti yanında Operativ Qərərgahdan fərqli olaraq başa düşülən dildə izah edəcəm deyən R.Quliyev Avropaya getmək üçün tələb edilən viza növlərinin 2 növ olduğunu izah edib:

1. Şengen viza
2. Milli viza.

İlk olaraq şengen viza haqqında məlumat verim:
Şengen vizası turistik və ya işgüzar səfərlərdə konkret gün sayı göstərilməklə verilir. Adətən bir girişli şengen vizası turistlər üçündür. Hansı ki, konkret olaraq hotel rezervasiyası və gediş, gəliş bileti ilə təsdiq edilmiş meyarlar əsasında qalacağı günlər nəzərə alınaraq qısa müddət üçün verilir. Və ya avtomobil alqı-satqısı ilə məşğul olan iş adamları və Avropaya çoxsaylı səfər edən şəxslər X (multi) çox girişli multivizaya sahib ola bilirlər. Bu vizanın müddəti 6-24 ay arası olsa da, Avropada hər 180 gün ərzində üst-üstə sadəcə 90 gün qalmaq icazəsi verir. Yəni, viza sahibi öz limitini hər dəfə Avropaya giriş-çıxış etdikdə yoxlamalı və viza qüvvədə olduğu müddətdə həmin limiti keçərsə, Avropaya girişi qadağan olunduğu üçün növbəti 90 günü gözləməlidir. Şengen vizası şəxsə Avropada yaşamaq və işləmək icazəsi üçün hökümətə müraciət etmək hüququ vermir.
Milli Viza isə Avropaya ailə birləşməsi üçün gedənlərə (həyat yoldaşı və uşağa şamil edilir) Avropada təhsil alan tələbələrə, Avropada şirkət sahibi olan iş adamlarına verilir. Milli Viza maksimum 1 il müddətinə və Avropaya çoxgirişli say olaraq verilir. Milli Vizanın şengen vizadan fərqi isə onunla vizanı aldığın ölkədə yaşamaq və işləmək hüququna sahib olmaqdır. Şəxs ölkəyə daxil olduqdan sonra miqrasiya idarəsinə müraciət edərək, gəliş səbəbinə əsasən ölkədə yaşama və işləmə icazəsi ilə təmin edilərək, ölkədən asılı olaraq 1-4 ay ərzində ona həmin ölkənin şəxsiyyət vəsiqəsi təqdim edilir.

BUNDAN SONRA AZƏRBAYCANA AVTOMOBİLLƏR NECƏ DAŞINACAQ?

Vizaların fərqini Sizə izah etməkdə məqsədim Almaniyaya yaxın aylarda ölkəyə girişin bir müddət milli viza ilə olacağı təqdirdə, bundan kimlərin yararlana biləcəyini çatdırmaqdır. Təbii ki, belə olacağı təqdirdə müəyyən vaxta kimi prinsip etibarı ilə Azərbaycana avtomobil idxalında çox ciddi şəkildə azalmanın şahidi olacayıq. Çünki avtomobil satışı ilə məşğul olan şəxslərin bir çoxu şengen viza əldə edərək avtomobili Avropadan özü alıb, daşınmasını da məhz özü edir. (Nəğd pul ilə alınma və daşımanı sürücünün özünün şəxsən həyata keçirməsi məhz gömrük rəsmiləşdirməsi zamanı avtomobilin dəyərləndirilməsində bir çox problemlər yaradır. Təbii ki, bu tamamilə başqa bir mövzudur.
Avropaya girişin isə belə çətin olacağı Azərbaycana avtomobil daşınmasının yalnız TİR lar və qonşu ölkə – Gürcüstana konteyner gəmi vasitəsi ilə mümkün olacağına əsas verir. Bu isə malın çatdırılma vaxtının artmasına və maya dəyərinin yüksəlməsinə gətirib çıxardır. Hesab edirəm ki, avtomobil bazarındakı “ölümcül” vəziyyət hələ 2021-ci ilin ilk kvartalına kimi davam edəcək.
Nəzərə alsaq ki, satışlar qış fəsli dayanır və yaz fəslinə doğru mart ayından başlayaraq dirçəlməyə doğru gedir. Bu isə bizə avtomobil bazarının növbəti 1 il ərzində ciddi şəkildə “çabalayacağını” deməyə əsas verir.