Avstriya NATO-ya üzv olmaq fikrində deyil.
NOCOMMENT.az xəbər verir ki, bu barədə yeni kansler Kristian Stoker Euractiv portalına müsahibəsində bildirib.
“Avstriya NATO-ya daxil olmağı düşünmür.
1955-ci ildə Avstriya ölkənin müharibədən sonrakı işğalına son qoymaq üçün konstitusiyasında neytrallıq bəndini təsbit etməyə razılaşdı. Euractiv-in məlumatına görə, ötən il hərbi xərcləri ÜDM-in təxminən 1 faizini təşkil edən Avstriya müdafiə investisiyalarına görə Avropada ən aşağı yerlərdən birini tutur.
Əvvəllər məlum olub ki, ABŞ, Avropa və Ukrayna nümayəndələrinin hazırladığı sənəddə göstərilən Ukrayna münaqişəsinə son qoyulması şərtlərindən biri Vaşinqtonun Ukraynanın NATO-ya daxil olmasını dəstəkləməkdən imtina etməsi olacaq.