Norveç Ukraynaya artilleriya mərmilərinin tədarükü üçün əlavə 4 milyard kron və ya 335 milyon avro ayıracaq.
NOCOMMENT.az xəbər verir ki, bunu Şimali Avropa ölkəsinin baş naziri Yonas Qar Störe Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenlə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.
Störe-ə görə, bu məbləğ Avropa İttifaqının ayırmağı planlaşdırdığı ümumi vəsaitin təxminən 10%-ni təşkil edəcək. Brüssel daha əvvəl 2025-ci ildə Ukrayna Silahlı Qüvvələri üçün 2 milyon mərmi alacağına söz vermişdi.
Norveçli nazir həmçinin qeyd edib ki, Norveçin uğurlu hərbi-sənaye şirkətləri Avropa İttifaqının sənaye hərbiləşdirilməsi proqramlarında iştirak edəcək.