Avropa Parlamenti Almaniyanı Şengen qaydalarını pozmaqda ittiham edibbackend

Avropa Parlamenti Almaniyanı Şengen qaydalarını pozmaqda ittiham edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyada sərhəd nəzarətinin gücləndirilməsi Şengen qaydalarının pozulmasıdır, Avropa Parlamentinin Polşadan olan üzvü Kosma Zlotovski deyir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Lenta.ru deputatın Avropa Komissiyasına ünvanladığı məktubuna istinadən məlumat yayıb.

Avropa İttifaqının fəaliyyətinə dair müqaviləyə toxunan Zlotovski qeyd edib ki, onun müddəaları avropalılara Aİ-yə üzv dövlətlərin ərazisində sərbəst hərəkət etməyə və yaşamağa imkan verir və beynəlxalq müqavilələrdə icazə verilən bu hüququn məhdudlaşdırılması imkanlarına baxmayaraq, dövlətlər tərəfindən görülən tədbirlər “ mütənasib olmalıdır”.

“Almaniyanın sərhəd nəzarətini tətbiq etmək qərarı bu şərtə cavab vermir və vətəndaşların təminatlı hüquqlarını və iqtisadi azadlıqlarını pozur”, – Avropa Parlamentinin deputatı yazır.

O, Avropa Komissiyasından Almaniya hakimiyyətinin Şengen zonası və Aİ vətəndaşlığı prinsiplərinin pozulması ilə bağlı hərəkətlərini yoxlamağı və aşkar edilərsə, buna cavab verməsini xahiş edib.