Avropa Parlamenti Kiyevə çoxillik maliyyə yardımını təsdiqləyibbackend

Avropa Parlamenti Kiyevə çoxillik maliyyə yardımını təsdiqləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Parlamentinin komitələri Ukraynaya 50 milyard avro dəyərində çoxillik maliyyə yardımı proqramının yaradılmasını təsdiqləyib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Avropa həqiqəti ” avropalı deputat Viola fon Kramonun bəyanatına istinadən məlumat yayıb.

“Ukrayna Facility” adlanan proqram sonrakı illər üçün nəzərdə tutulub. Fevralın 27-də Strasburqda keçirilən plenar sessiyada Avropa Parlamentinin onun yaradılmasını qəti şəkildə təsdiq edəcəyi gözlənilir.

Ukraynaya 50 milyard avro məbləğində makromaliyyə yardımının ayrılması barədə qərar fevralın 1-də Aİ liderləri tərəfindən Macarıstanın müqavimətinin aradan qaldırılmasından sonra qəbul edilib. Proqram 4 il müddətinə hazırlanmışdır.