Avropa Parlamenti Macarıstanın Aİ-də sədrliyini ləğv etməyə çağırıbbackend

Avropa Parlamenti Macarıstanın Aİ-də sədrliyini ləğv etməyə çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaşıllar Partiyasından Avropa Parlamentinin deputatı Daniel Freund Avropa Şurasının rəhbəri Şarl Mişele 20 min imza ilə məktub göndərərək, Macarıstanın Aİ Şurasına gələcək sədrliyini dayandırmağı tələb edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

“20 min vətəndaşla birlikdə biz, aşağıda imzası olan Avropa Parlamentinin üzvləri sizdən Macarıstanın Şuraya sədrliyini rəsmi olaraq dayandırmağınızı xahiş edirik” – müraciətdə deyilir.

Məktubda qeyd olunur ki, seçkilərdən dərhal sonra hazırkı Macarıstan hökumətinin Avropanı təmsil etməsi Aİ-nin reputasiyasına son dərəcə xələl gətirəcək.