Avropa Parlamenti Rusiyaya qarşı sanksiyaları genişləndirməyə çağırıbbackend

Avropa Parlamenti Rusiyaya qarşı sanksiyaları genişləndirməyə çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Parlamentinin üzvləri Ukraynaya dəstək verən qətnamədə Rusiyaya qarşı sanksiyaların genişləndirilməsinə çağırıblar.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

“Avropa Parlamenti Aİ Şurasını… Rusiya üçün xüsusi iqtisadi əhəmiyyət kəsb edən sektorlara (metallurgiya, nüvə, kimya, kənd təsərrüfatı və bankçılıq) qarşı əlavə sanksiyalar tətbiq etməyə çağırır”, – RİA Novosti sənədin mətnindən sitat gətirir.

Bundan əlavə, alüminium, polad, uran, titan və nikelə qarşı sanksiyaların tətbiqi, həmçinin Rusiya LNG və qalıq yanacaqlarının Aİ-yə idxalına tam embarqo qoyulması təklif edilir.

Deputatlar həmçinin sanksiyaların müddətinin 6 aydan 3 ilə qədər artırılması təşəbbüsü ilə çıxış ediblər.