Avropa Parlamenti üzr istədibackend

Avropa Parlamenti üzr istədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Parlamenti sosial şəbəkələrdə Krımın Rusiyanın bir hissəsi kimi qeyd olunduğu xəritə ilə yazı dərc edib.

NOCOMMENT.az xəbər verir ki, Parlament daha sonra buna görə üzr istəyib.

Bundan sonra infoqrafika düzəldilib və yenilənib.

Qeyd edək ki, xəritə beynəlxalq ticarətə həsr olunmuşdu. Ancaq belə bir yazı, əsasən ukraynalı abunəçilərin qəzəbinə səbəb oldu.