Avropa Parlamentində yerlərin sayı 705-dən 720-yə qaldırılıb.
NOCOMMENT.az xəbər verir ki, Avropa Parlamenti (AP) Baş Assambleyasında keçirilən səsvermədə,Avropa Birliyi Şuranın 2019-cu ildəki son seçkidən sonra demoqrafik dəyişikliklərlə əlaqədar AP-də deputatların sayının 705-dən 720-yə qaldırılması ilə bağlı qərarı qəbul edilib.
Müvafiq olaraq, 27 Aİ ölkəsindən 12-nin deputatlarının sayı artırılıb.
Fransa, İspaniya və Hollandiya hər biri əlavə 2; Avstriya, Belçika, Polşa, Sloveniya, Slovakiya, Finlandiya, Latviya, İrlandiya və Danimarka AP-yə hərəsi 1 millət vəkili göndərəcək.
AP-nin 5 illik səlahiyyət müddəti üçün seçkilər 6-9 iyun 2024-cü il tarixlərində keçiriləcək.