Avropa Parlamentinin deputatı Fira Avropa İttifaqında insan alverinin miqyasının artdığını açıqlayıbbackend

Avropa Parlamentinin deputatı Fira Avropa İttifaqında insan alverinin miqyasının artdığını açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda Aİ ölkələrində insan alverinin miqyası artır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Lenta.ru Avropa Parlamentinin rumıniyalı deputatı Qabriela Firinin Avropa Komissiyasına müraciətinə istinadən məlumat yayıb.

Son illərdə bir sıra Üzv Dövlətlər kənd təsərrüfatı işlərinə məcbur edilən kişilərin sayında artım da daxil olmaqla, əmək alverinin 21 faizə qədər (bütün insan alveri qurbanlarının) artması barədə məlumat veriblər”, – Firi məktubda bildirib.

Avropa Parlamenti deputatı qeyd edib ki, insan alverçiləri öz məqsədlərinə çatmaq üçün qanunlarda iş icazəsi, viza, işçilərin hüquqları və iş şəraiti ilə bağlı müxtəlif boşluqlardan istifadə edirlər. Bu vəziyyət, Firinin sözlərinə görə, Avropa İttifaqındakı miqrasiya böhranı səbəbindən daha da pisləşib.