Avropa Rusiya ehtiyatlarının birbaşa müsadirə edilməsinə hazır deyilbackend

Avropa Rusiya ehtiyatlarının birbaşa müsadirə edilməsinə hazır deyil

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqının xarici işlər nazirləri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərə vergi tətbiq edilməsi təklifini dəstəkləyib. Plan vəsaitlərin birbaşa müsadirəsi deyil, “artıq mənfəət vergisi”nin tutulmasını nəzərdə tutur.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, Aİ ölkələri hüquqi çətinliklərə görə müsadirəyə hazır deyil. Nəşr yazır ki, bununla belə, Ukraynanın müttəfiqləri Rusiyanın ölkənin bərpasına sərmayə qoyması barədə razılığa gəliblər.

Rusiya ehtiyatlarının 260 milyard avroya yaxını Aİ, ABŞ və digər ölkələrdə bloklanıb. Bunlardan 200 milyard avrodan çoxu Avropadadır. 2023-cü ildə bu vəsaitlər Rusiyaya təxminən 3 milyard avro gəlir gətirib. Aİ planı dondurulmuş aktivlərdən əldə edilən mənfəətə vergi tətbiq edəcək. Vəsait Ukraynaya dəstək üçün Aİ büdcəsinə göndəriləcək.