Çoxları Rusiya ilə münasibətlərin yenidən qurulmasını istəyir, ancaq bu barədə açıq şəkildə yalnız ABŞ prezidenti Donald Tramp danışır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Polşa Seyminin üzvü, xarici işlər nazirinin keçmiş müavini Pavel Yablonski RMF FM radiostansiyasının efirində bildirib.
“Kobud desək, bu gün ABŞ administrasiyası Qərbi Avropa dövlətlərinin bir çox liderlərinin düşündüklərini deyir”,- deyə o qeyd edib.
Onun sözlərinə görə, avropalı siyasətçilər biznesin təsiri altındadırlar və buna görə də Moskva ilə münasibətləri yaxşılaşdırmaq barədə düşünməyə məcburdurlar.