Avropa Rusiyadan bu xammalın alışını kəskin şəkildə artırıbbackend

Avropa Rusiyadan bu xammalın alışını kəskin şəkildə artırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2023-cü ildə Avropaya qaz tədarükünün azalması fonunda Rusiya şirkətləri azot gübrələri olan qaz emalı məhsulunun qitə ölkələrinə satışını artırıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə  “Kommersant ” məlumat yayıb.

Beləliklə, Rusiya azot gübrələrinin il ərzində Almaniyaya tədarük həcmi illik ifadədə demək olar ki, iki dəfə artaraq 550 min ton təşkil edib. Fransa idxalını 12 ay ərzində təxminən 25% artıraraq 440 min tona çatdırıb.

Bundan başqa, Rusiya bu bazarda liderdir və onun ümumi idxalda payı ötən il 2 faiz bəndi artaraq 24 faiz təşkil edib. Bu dinamika qazın qiymətinin artması və bununla bağlı Avropa ölkələrində azot gübrələrinin istehsalının azalması ilə əlaqələndirilir.