Avropa Siyasət Mərkəzinin baş analitiki: Rusiya sülhməramlıları hara girirlərsə, oradan çıxmırlarbackend

Avropa Siyasət Mərkəzinin baş analitiki: Rusiya sülhməramlıları hara girirlərsə, oradan çıxmırlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin “Haber Turk” telekanalında oktyabrın 14-də yayımlanan müsahibəsində deyib ki, müzakirə mövzusu olan baza prinsiplərində sülhməramlıların göndərilməsi ən son mərhələdə nəzərdə tutulur.

“Yəni, ilk növbədə, bayaq qeyd etdiyim məsələlər həll edilməlidir – torpaqların boşaldılması, məcburi köçkünlərin qaytarılması, sərhədlərin açılması, nəqliyyat və ticarət əlaqələrinin qurulması. Ondan sonra sülhməramlıların gətirilməsi də istisna deyil. Ancaq nəzərə alsaq ki, bu 30 illik müzakirə müddətində biz müsbət nəticəyə yaxınlaşmadıq və bu məsələ heç müzakirə də olunmayıb. Ona görə bu məsələ ilə bağlı hər hansı bir fərziyyə, istək ola bilər. Ancaq Azərbaycanın razılığı olmadan bu, mümkün deyil”, – deyə Prezident bildirib.

Bundan əvvəl, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyaya müraciət edərək, Minsk qrupu çərçivəsində bölgəyə sülhməramlıların yerləşdirilməsinin mümkün olduğunu bildirmişdi, Kremlin sözçüsü Peskov demişdi ki, bunun üçün hər iki tərəfin razılığı olmalıdır.

Avropa Siyasət Mərkəzi – European Policy Center-in baş analitiki Amanda Paul bu barədə “Azadlıq” radiosuna deyib ki, Rusiya bu münaqişədə nə Azərbaycanın, nə də Ermənistanın tərəfindədir.

Onun sözlərinə görə, Rusiyanın əsas məqsədi elə regionda nəzarəti ələ almaqdır: “Rusiyanın marağındadır ki, regionda sülh olsun. Çünki qeyri-sabitlik, regionda müharibə Rusiya üçün də pisdir. Amma bu da sirr deyil ki, Rusiya həmişə öz sülhməramlılarını yerləşdirmək istəyib. Çünki bu, Rusiyaya regionda daha çox nəzarət etmək və yerləşmək imkanı verərdi.

İndiyə qədər Rusiya sülhməramlılarının yerləşdirilməsini heç bir tərəf istəmirdi, çünki bir qayda olaraq Rusiya sülhməramlıları hara girirlərsə, oradan çıxmırlar. Beynəlxalq sülhməramlılar məsələsi getdikcə daha çox gündəmdə ola bilər”.