Avropa Şurasından hərbçimizə işgəncə verilməsinə REAKSİYAbackend

Avropa Şurasından hərbçimizə işgəncə verilməsinə REAKSİYA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviç Ermənistanda saxlanılan Azərbaycan hərbçisinə işgəncə verilməsinə münasibət bildirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə o, Strasburqda keçirilən iclas zamanı danışıb.

Miyatoviç məlum hadisəni “vəhşilik” adlandırıb.

Xatırladaq ki, Naxçıvanda xidmətdə olan 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu itkin düşüblər. Onların yolu azaraq Ermənistan ərazisinə keçdiyi məlum olub. Hər iki əsgərimiz Ermənistanda saxlanılıb. Sosial şəbəkələrdə Hüseyn Axundovun ermənilər tərəfindən işgəncələrə məruz qalmasını əks etdirən görüntülər paylaşılıb.