Avropa Şurasının Baş katibi: Cənubi Qafqazda sülhün tez təmin olunması üçün hər şey edilməlidirbackend

Avropa Şurasının Baş katibi: Cənubi Qafqazda sülhün tez təmin olunması üçün hər şey edilməlidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Qafqazda sülhün mümkün qədər tez təmin olunması üçün hər şey edilməlidir.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bunu İrəvanda səfərdə olan Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç-Buriç Ermənistan parlamentinin spikeri Alen Simonyanla görüşündə deyib.

O bildirib ki, regionda sülhün alternativi yoxdur.

Baş katib söyləyib ki, sülhün təmin olunması və onun mümkün qədər uzunömürlü olması üçün çalışmaq lazımdır.

Qeyd edək ki, M.Peyçinoviç-Buriç Ermənistanda səfərdədir. O, Ermənistanın bir sıra rəsmi şəxsləri, o cümlədən baş nazir Nikol Paşinyanla görüşüb. M.Peyçinoviç-Buriçin qarşıdakı günlərdə Azərbaycana səfəri də gözlənilir.