Avropa Şurasının rəhbəri Ursula fon der Leyenin yenidən seçilməsinə mane olmaq istəyirbackend

Avropa Şurasının rəhbəri Ursula fon der Leyenin yenidən seçilməsinə mane olmaq istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Şurasının rəhbəri Şarl Mişel gərgin münasibətlərə görə Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyenin ikinci müddətə yenidən seçilməsinə mane olmağa çalışır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Politico” mənbələrə istinadən məlumat yayıb.

Politico-nun həmsöhbətləri Mişelin gərgin münasibətdə olduğu fon der Leyenin yenidən seçilməsinə hər cür mane olacağından qorxduqlarını bildiriblər.

Mətndən belə görünür ki, Avropa Şurasının rəhbəri yüksək vəzifələrə namizədləri birlikdə müzakirə etmək əvəzinə, Aİ liderləri ilə təkbətək söhbət etmək taktikasından istifadə edə bilər. Həmçinin qeyd edilir ki, Mişel Avropa Parlamentinə seçkilərdən sonra yüksək vəzifə bölgüsü prosesinə rəhbərlik etdiyi və üzv dövlətlər arasında danışıqları əlaqələndirdiyi üçün kifayət qədər təsir gücünə malikdir.

Bundan əlavə, son bir neçə həftə ərzində bəzi Avropa ölkələri Mişelin real gündəmindən getdikcə daha çox əsəbiləşiblər, material qeyd edir.

“Bir çox üzv dövlətlər Çarlz Mişelin konstruktiv rol oynamayacağından, əksinə, şəxsi qisas gündəminə əməl edəcəyindən narahatdırlar”, – Aİ diplomatı bildirib.