Moskvada “Crocus City Hall” konsert zalında baş verən terror aktından sonra Avropa ölkələri ciddi təşviş içərisindədirlər. Hesab edirlər ki, növbəti terror dalğası Avropa ölkələrini, xüsusən də Almaniyanı bürüyəcək.
NOCOMMENT.az ölkə.az-a istinadən xəbər verir ki, bu barədə “Bild” yazır. Nəşrin məlumatına görə, “İslam Dövləti Xorasan əmirliyi” hücuma görə məsuliyyəti öz üzərinə götürüb – hazırda təhlükəsizlik xidmətlərinin məlumatına görə, bu, İŞİD-in ən təhlükəli qruplaşmasıdır.
Təhlükəsizlik və kəşfiyyat qurumları əmindirlər ki, İŞİD-Xorasan Almaniya və digər Qərbi Avropa ölkələrində terror aktları planlaşdırır.
Nəşr onu da qeyd edib ki, Almaniyanın dövlət təhlükəsizlik rəsmiləri hətta terror hücumları dalğasından qorxurlar.