Avropa üçün neft qiymətləri qaldırıldıbackend

Avropa üçün neft qiymətləri qaldırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İraq və Səudiyyə Ərəbistanı Avropa regionundakı alıcılar üçün neft qiymətini qaldırmaq qərarına gəlib.

NOCOMMENT Modern.az-a istinadən xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Nəşr qeyd edir ki, Bağdadın iyun ayında təyin etdiyi “Basrah Medium” neftinin qiyməti son bir ildə ən yüksək qiymətə çatıb.

Ər-Riyad da Avropa üçün qara qızılın qiymətini artırıb. Agentliyin məlumatına görə, Asiyadan olan alıcılar üçün neftin qiyməti dəyişməz qalıb, hətta bir qədər ucuzlaşıb.