Ukraynanın Rusiyanın işğalına qarşı mübarizəsi təkcə demokratiya üçün deyil, həm də Rusiya Federasiyasının genişlənmək istədiyi Avropa üçün aparılır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə UNİAN-a müsahibəsində Kosovo Respublikasının Baş naziri Albin Kurti bildirib.
“Bir vaxtlar coğrafiyanı öyrənəndə biz düşünürdük ki, Avropa Ural dağlarına qədər uzanır, amma indi görürük ki, Avropa Ukraynanın azad edilməsi üçün cəbhə xəttinin keçdiyi yerdə bitir Bu təkcə demokratiya uğrunda deyil, həm də Avropa üçün müharibədir, çünki Rusiya Federasiyası Avropanın hesabına genişlənmək istəyir”, – deyə baş nazir bildirib.
Onun fikrincə, Avropa İttifaqı Ukraynanı azadlıq mübarizəsində daha da dəstəkləməlidir.
“İnanıram ki, Aİ-yə üzv olan ölkələr yüksək səviyyədə qonaqpərvərlik nümayiş etdiriblər, ümumiyyətlə, onlar ukraynalı qaçqınları qəbul etməkdə çox yaxşıdırlar Qaçqınları qəbul etmək – Ukraynaya və ukraynalılara azadlıq üçün kömək etmək vacibdir, lakin işğal olunmuş ərazilərdə qalanlar üçün hər gün dəhşət və terrordu. Bunu xatırlamağa dəyər. Mənim nöqteyi-nəzərimə görə, Avropa İttifaqı Ukraynadakı müharibəyə görə ən yüksək birliyə nail olub. Ancaq əminəm ki, onlar sizin müstəqillik və azadlıq mübarizəniz üçün daha çox iş görə bilərlər”, – deyə o vurğulayıb.
O qeyd edib ki, İsveç və Finlandiya müharibə zamanı NATO-ya daxil olub və buna görə də Aİ də genişlənməli və Ukraynaya daha çox kömək etməlidir.