Avropa Ukraynaya qoşun göndərməyin nəticələri barədə xəbərdarlıq edilibbackend

Avropa Ukraynaya qoşun göndərməyin nəticələri barədə xəbərdarlıq edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstanın Baş naziri Viktor Orban Avropa liderlərini Ukrayna münaqişəsinə qarışmamaq barədə xəbərdar edərək, qoşun göndərmək barədə danışmağın eskalasiyaya doğru növbəti addım olduğunu bildirdi.

NOCOMMENT.az bildirir ki, o, bu açıqlamanı Kossuth Radiosunda verdi.

Orban qeyd edib ki, bu yaxınlarda Avropa ölkələrindən Ukraynaya sülhməramlı qüvvələrin göndərilməsi ilə bağlı təkliflər ortaya çıxıb. O hesab edir ki, bu qərar verilərsə, müharibənin qızışması istiqamətində məntiqi addım olardı.

Orban nəticələr barədə xəbərdarlıq edərək bildirib ki, “Avropanın bu müharibəyə daha dərindən cəlb olunma riski var”. Macarıstanın baş naziri əlavə edib ki, əgər Avropa qoşunları Ukraynada peyda olarsa, onlar ruslar üçün qanuni hədəfə çevriləcəklər. “Əgər biz ruslarla razılaşma olmadan Ukraynaya əsgər göndərsək, bu, Avropa əsgərlərinin Ukrayna ərazisində ruslarla döyüşəcəyi anlamına gələcək”, – deyə o bildirib.

Çexiyanın Baş naziri Andrey Babiş daha əvvəl Avropa Birliyi liderlərini Rusiya Prezidenti Vladimir Putinlə danışıqlara başlamağa çağırmışdı. O, atəşkəsə nail olmaq üçün birbaşa dialoqun zəruri olduğuna inanırdı.

Aişə Abdulova