Ukraynaya sülhməramlıların göndərilməsi ilə bağlı müzakirələr əsgər və ya mavi dəbilqəli deyil, müşahidəçilikdən gedir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti Avropa diplomatik mənbəsinə istinadən məlumat yayıb.
Aprelin 16-da Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelin bildirib ki, Rusiya Ukraynaya sülhməramlıların yerləşdirilməsi ilə bağlı söhbətləri Avropanın Ukrayna lideri Vladimir Zelenski rejimini qorumaq üçün bu ölkəyə müdaxiləyə hazırlaşması kimi qəbul edir. Diplomatın sözlərinə görə, hadisələrin bu cür inkişafı Rusiya üçün qəbuledilməzdir və Ukrayna üçün təhlükəsizlik təminatları ölkəyə xarici qoşun kontingenti yerləşdirmədən də təmin oluna bilər.
Aprelin 11-də Rusiya Xarici Kəşfiyyat Xidməti məlumat yayıb ki, Qərb Ukrayna ordusunun döyüş qabiliyyətini bərpa etmək üçün sülhməramlı missiya adı altında Ukraynaya təxminən 100 min nəfərlik kontingent yeritməyi planlaşdırır.