Avropada bu səbəbdən ölümlər 5 dəfə ARTACAQ – ARAŞDIRMAbackend

Avropada bu səbəbdən ölümlər 5 dəfə ARTACAQ – ARAŞDIRMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropada istilər səbəbindən dünyasını dəyişən insanların sayı gələcəkdə 5 dəfə artacaq.

 

NOCOMMENT.az xəbər verir ki, Sfera.az-a istinadən xəbər verir ki, belə bir araşdırmanı Avropa Birgə Araşdırmalar Mərkəzi aparıb. Mərkəzin araşdırmasına əsasən, iqlim dəyişikliyinin təsiri ilə Avropada havanın temperaturu illər ötdükcə yüksələcək.

 

Məlum olub ki, 2100-cü ilə qədər qitə səviyyəsində temperaturun yüksəlməsi ilə əlaqədar ölümlər orta hesabla 3 dəfə, bəzi yerlərdə isə 5 dəfə artacaq.

 

 

Avropada havaların isti keçməsinə görə hər il 43-44 min insan dünyasını dəyişir. 2100-cü ildə bu rəqəmin orta hesabla 128-130 minə yüksələcəyi gözlənilir. Hesabata görə, havanın temperaturu ilə bağlı ölüm halları ilk növbədə Avropanın cənub bölgələrində artacaq. Bu regionda yerləşən İspaniya, İtaliya, Yunanıstanda və Maltada ölümlərin 5 dəfəyə qədər artacaq.

 

Proqnoza görə, Avropada 2100-cü ildə temperatur 3 Selsi yüksələcək. Mərkəzin araşdırmasına əsasən, əgər temperaturda artım 4 Selsi olarsa, bu halda ölüm halları bugünkü rəqəmlərdən təxminən 9 dəfə çox olacaq.