Avropada maraqlı 5 turizm məkanı – FOTObackend

Avropada maraqlı 5 turizm məkanı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Avropa dünyada tarixi və təbii abidələrin ən böyük sıxlığına malik regiondur və xüsusilə də UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilmiş obyektlərin sayına görə liderdir. Bununla belə, tarixi əhəmiyyətinə baxmayaraq, bu məkanların hamısını turistlərə tövsiyə etmək olmur.
NOCOMMENT.az xəbər erir ki, turizm üzrə ekspert Ted Tornhillin “Independent” nəşrində yazdığına görə, Roma və ya Yunanıstanın Santorini adası həddindən artıq turistlə doludur, Böyük Britaniyadakı Stounhenc yaxından baxıldıqda gözləntiləri doğrultmur, Pompey arxeoloji kompleksi isə əsasən tarix həvəskarları üçün maraqlıdır.
Məhz bu çatışmazlıqlardan uzaq olan yerlərdən danışarkən, müəllif ətrafında yaranan ajiotajı doğruldan UNESCO siyahısına daxil edilmiş beş məkanı tövsiyə edir.
Plitvitsa gölləri milli parkı, Xorvatiya
Park dar əhəngdaşı vadisi boyunca uzanan, akvamarin rəngli suları olan 16 pilləli göldən ibarətdir və onlar bir-birinə 90 şəlalə vasitəsilə bağlanır. Göllərdə çimmək qadağandır, lakin bu ərazi gəzinti və “Instagram” üçün selfilər çəkmək baxımından ideal məkandır.
Meteor, Yunanıstan
Əgər 400 metrlik qumdaşı sütunlarının zirvəsində monastırlar tikilməsəydi, bu yer sadəcə külək və su eroziyasının maraqlı nümunəsi ola bilərdi. Materik Yunanıstanın mərkəzində yerləşən bu nəhəng daş sütunlar 30 milyon il ərzində formalaşıb. XI əsrdən etibarən rahiblər burada məskunlaşmağa başlayıb. Ümumilikdə 24 monastır inşa edilib, onlardan 6-sı bu gün də fəaliyyət göstərir.
Alhambra, İspaniya
Qranadanın cənub bölgəsində, dəniz səviyyəsindən 700 metrdən yüksəkdə yerləşən saray kompleksi 700 ildən artıq tarixə malikdir. Bu, İspaniyada ərəb hakimiyyəti dövrünün ən maraqlı abidələrindən biridir. Möhtəşəm bəzəklər və dəbdəbəli bağlarla yanaşı, kompleks orta əsrlər üçün inanılmaz sayılan mühəndislik həlləri ilə də seçilir və bu həllər bu gün belə heyranlıq doğurur.
Mon-Sen-Mişel, Fransa
Ümumilikdə Avropa memarlığı və şəhərsalmasının ən möhtəşəm nümunələrindən biridir. XI–XVI əsrlər arasında 80 metrlik qaya üzərində inşa edilmiş iri monastır kompleksidir. Ən maraqlısı isə odur ki, bu qaya sahildən 400 metr aralıda, dəniz qabarma zamanı su altında qalan dayazlıqda yerləşir. Nəticədə monastır kompleksi gündə iki dəfə ada çevrilir.
Dubrovnikin köhnə şəhəri, Xorvatiya
Bu, planetin ən yaxşı qorunub saxlanılmış orta əsr şəhərlərindən biridir. Tam haqlı olaraq ona “Adriatikanın incisi” deyilir. Şəhər 1667-ci il zəlzələsini və 1990-cı illərdə Xorvatiyanın müstəqillik müharibəsini qismən dağıntılarla olsa da, möcüzəvi şəkildə adlada bilib.\\Qaynarinfo