Avropada müharibə yenidən real olur – AÇIQLAMAbackend

Avropada müharibə yenidən real olur – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1945-ci ildən bəri ilk dəfədir ki, Avropada müharibə yenidən real olur: biz hazırda “müharibə öncəsi dövrə gedirik”.

NOCOMMENT.az xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk bu vəzifəyə seçildikdən sonra beynəlxalq mediaya ilk müsahibəsində deyib.

Polşa Baş naziri Rusiyadan artmaqda olan təhdidlərdən narahatlığını bildirib. Hər bir ssenarinin mümkünlüyünə diqqət çəkən Donald Tusk bu səbəbdən Avropanın müdafiə sahəsinə daha çox sərmayə qoymalı olduğunu vurğulayıb. Lakin hazırda əsas prioritetin Ukrayna üçün texnika və sursat almaq üçün mümkün qədər çox xərc tələb olunduğunu qeyd edib.

“Çnki biz İkinci Dünya Müharibəsinin bitməsindən bəri ən kritik anı yaşayırıq və əgər Ukrayna uduzsa, Avropada heç kim özünü təhlükəsiz hiss edə bilməyəcək”, – deyə Polşanın hökumət başçısı müsahibəsində etiraf edib.