Avropada qazın qiyməti ucuzlaşıbbackend

Avropada qazın qiyməti ucuzlaşıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropada qazın qiyməti 3%-dən çox ucuzlaşaraq, min kubmetr üçün 249,9 dollara düşüb.

NOCOMMENT.az xəbər verir ki, “London ICE Futures” birjasındakı ticarət məlumatlarına görə, bu, 2021-ci ilin aprel-may aylarından bəri ən aşağı göstəricidir.

Hollandiyanın TTF mərkəzi üzrə mart ayı qaz fyuçers müqaviləsi min kubmetr üçün 256,08 dollara satılıb.

Analitiklərin fikrincə, yeraltı anbarlardakı böyük ehtiyatlar və gələn həftə bölgədə isti hava gözləntiləri fonunda Avropada qazın qiyməti düşməyə davam edir.