Avropada smart-kart tipli sayğaclar istismardan yığışdırılır?backend

Avropada smart-kart tipli sayğaclar istismardan yığışdırılır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, “Azəriqaz” İstehsalat Birliyinin (İB) Baş direktoru Ruslan Əliyev deyib ki, artıq Avropada smart-kart tipli sayğaclar, ümumiyyətlə, istehsal olunmur və istismardan yığışdırılır.

“Növbəti ildə 60 minə yaxın belə sayğacların alınmasını həyata keçirəcəyik. Yəqin ki, bu bizim son müqaviləmiz olar”, – deyə R. Əliyev bildirib.

NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, Avropa ölkələrinin hökumət qurumlarının və qeyri-hökumət təşkilatlarının fəaliyyətinə nəzər salsaq, smart tipli sayğacların təbliğatını görmüş ola bilərik.

Məsələn, Böyük Britaniyada bütün sayğacların smart-kart tipli sayğaclarla əvəzlənməsinə dair proqram həyata keçirilir. Bu tipli sayğacların vətəndaş üşün daha əlverişli oması barədə təbliğat aparılır.

Avropa mətbuatında bır sıra təbliğat məqalələri də dərc olunub.

Həmin məqalələrin birində Böyük Britaniya hökümətinin 2024-cü ilə qədər tam olaraq smart tipli sayğaca keçmək planlarından bəhs olunur: “Hökumət indi 2024-cü ilin sonuna qədər hər bir ev və kiçik biznes obyektlərində smart sayğacların olmasını hədəfləyir – enerji şirkətlərinin bu hədəfi reallaşdırmaq üçün bütün ağlabatan addımları atmalarını təmin etmək üçün qaydaları müəyyən edir”.

Dərc olunan digər bir yazıda isə smart tipli sayğacların faydalarından bəhs edilir: “Smart sayğaclar daha məsuliyyətli enerji istehlakı üçün əsas tələbdir. Həqiqətən də, smart sayğaclar təkcə elektrik enerjisinin ölçülməsində yeni eranı açmır, onlar həmçinin enerjidən daha ağıllı istifadə etməyə imkan verir”.

Eyni zamanda Almaniyanın məşhur “Zenner” şirkətinin rəsmi veb-saytında göstərilir ki, onlar smart-kart tipli sayğacının istehsalını davam etdirirlər.