Avropada yeraltı qaz ehtiyatları 70%-dən aşağı düşübbackend

Avropada yeraltı qaz ehtiyatları 70%-dən aşağı düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropanın yeraltı anbarlarında (UGS) qaz ehtiyatları 70%-dən aşağı düşüb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS agentliyi Avropanın qaz infrastrukturu operatorlarının maraqlarını təmsil edən “Gas Infrastructure Europe” (GIE) assosiasiyasının məlumatlarına istinadən məlumat yayıb.

Assosiasiyanın məlumatına görə, eyni zamanda, istilik mövsümünün əvvəlindən yanacağın çəkilmə sürəti əvvəlki beş ilin orta göstəricisindən təxminən 30% yüksək olub.

Eyni zamanda, Avropanın yeraltı qaz anbarlarında qazın həcmi ehtiyatlarla bağlı kritik vəziyyətin müşahidə olunduğu o illərdəki göstəriciləri xeyli üstələyir: anbarlarda yanacağın ümumi həcmi 77,6 milyard kubmetrdir.

Bir gün əvvəl Bloomberg mənbələrə istinadən yazıb ki, Avropa qaz ehtiyatlarını son 7 ildə heç vaxt olmadığı qədər sürətlə yandırır.