Avropadan Qarabağdakı təxribatla bağlı ÇAĞIRIŞbackend

Avropadan Qarabağdakı təxribatla bağlı ÇAĞIRIŞ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı (Aİ) ötən gün Qarabağda hadisənin baş verməsindən dərin təəssüf hissi keçirir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsinin sözçüsü Peter Stano bildirib.

O qeyd edib ki, ittifaq baş vermiş hadisəni tam şəkildə araşdırmağa, eyni zamanda, bütün maraqlı tərəfləri regional sabitliyi poza biləcək və sülh prosesinə təhlükə yarada biləcək hərəkətlərin qarşısını almağa və təmkinli olmağa çağırıb.

Xatırladaq ki, ötən gün Azərbaycan Ordusuna Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistandan hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizə daşınması baradə operativ məlumatlar daxil olub.

Martın 5-də səhər saatlarında daxil olmuş məlumatın yoxlanılması məqsədilə qanunsuz hərbi daşınmalar həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib. Qarşı tərəfdən atəş açılıb və baş vermiş atışma nəticəsində Ordumuzun 2 hərbi qulluqçusu şəhid olub. Düşmən tərəfdən isə 3 təxribatçı məhv edilib, biri ağır yaralanıb.