Lüksemburq parlamentinin deputatı Fernan Kartxayzer Dövlət Dumasının dəvəti ilə yaxın vaxtlarda Moskvaya səfər etməyi planlaşdırdığını bildirib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə o, X-dəki səhifəsində məlumat verib.
“Dövlət Dumasının dəvəti ilə mən Rusiya qonşularımızla ikitərəfli münasibətlərimizi və Ukraynadakı vəziyyəti müzakirə etmək üçün Moskvaya gedirəm”, – deyə o vurğulayıb.
O, həmçinin qeyd edib ki, Rusiyaya səfər xərclərini özü ödəyəcək, çünki Avropa Parlamenti Rusiya Federasiyasının nümayəndələri ilə görüşlərin təşkili üçün diplomatik səylərə mane olur.