Rusiyanın xarici işlər naziri Sergey Lavrov yaxın saatlarda Skopyeyə gələcək.
NOCOMMENT.az xəbər verir ki, nazir son 2 ildə ilk dəfə olaraq ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək.
Onun səfəri Aİ-nin görünməmiş anti-Rusiya ritorikası, həmçinin tədbiri boykot etmək qərarına gələn Ukrayna və Baltikyanı ölkələrin demarşı fonunda baş verir.