Avropanı Rusiyadan qorumağın yeganə yolu…backend

Avropanı Rusiyadan qorumağın yeganə yolu…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vahid Avropa silah sənayesi Avropanı uzunmüddətli perspektivdə Rusiyadan təhlükəsiz saxlamaq üçün yeganə həll yoludur.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Volodimir Zelenski deyib. Onun sözlərinə görə, Rusiya Avropaya qarşı hibrid müharibəsini davam etdirir, lakin onu məğlub etmək mümkündür.

O, vurğulayıb ki, Ukrayna Avropanın ən mühüm təhlükəsizlik donorlarından biridir. Bu barədə danışan Zelenski, verdiyi dəstəyə görə İsveçə təşəkkür edib və bu ölkə ilə birgə istehsalın vacibliyindən danışıb. Zelenski deyib ki, Ukrayna artıq Türkiyə, Rumıniya, Polşa və Böyük Britaniya ilə birgə müdafiə fəaliyyətlərinə başlayıb. Çexiya, ABŞ və Almaniya ilə də müvafiq müqavilələr var.