Avropanın 16 şəhərində təhlükə elan edilibbackend

Avropanın 16 şəhərində təhlükə elan edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son zamanlar Avropanı bürüyən isti dalğası ilə əlaqədar İtaliyanın 16 şəhərində qırmızı həyəcan elan edilib.

NOCOMMENT xəbər verir ki, Səhiyyə Nazirliyi bu şəhərlərdə 11-18 arası günəşə çıxmamaq barədə xəbərdarlıq edib.
Avropaya təsir edən isti dalğası ilə əlaqədar İtaliyanın 16 şəhərində qırmızı həyəcan elan edilib. Paytaxt Roma ilə yanaşı, Florensiya, Bolonya və Palermo da daxil olmaqla 16 şəhər xüsusilə yaşlıları, uşaqları, xəstələri və ev heyvanlarını mümkün mənfi təsirlərə qarşı yaxından izləməyə çağırıldı.

Paytaxt Romada gələn çərşənbə axşamı havanın temperaturunun 43 dərəcəyə çatacağı və rekord qıracağı gözlənilir. İtaliyada ən yüksək xəbərdarlıq səviyyəsi 4 rəngli miqyasda qırmızı rənglə təmsil olunur. Qırmızı həyəcan siqnalının verildiyi yerlərdən başqa, sabah 9 şəhərdə ikinci ən yüksək narıncı həyəcan səviyyəsi elan edilib.