Avropanın müdafiə nazirləri Ukrayna ilə bağlı fövqəladə toplantı keçirəcəkbackend

Avropanın müdafiə nazirləri Ukrayna ilə bağlı fövqəladə toplantı keçirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa və Estoniya Ukraynaya dəstəyi müzakirə etmək üçün fevralın 24-də Avropa müdafiə nazirlərinin fövqəladə iclasını keçirməyi planlaşdırır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb.

“Məsələ ilə tanış olan insanların fikrincə, bazar ertəsi Fransa və Estoniya Avropa müdafiə nazirlərinin görüşündə Ukraynaya dəstəyin necə artırılacağını müzakirə edəcəklər”, – bəyanatda deyilir.

Agentliyin məlumatına görə, qarşıdan gələn videokonfransda Böyük Britaniya, Almaniya, İtaliya və Polşa kimi ölkələrdən ona yaxın həmkarlar, həmçinin Avropa İttifaqı və NATO nümayəndələri iştirak edəcək.

Bloomberg onu da xatırladıb ki, müdafiə nazirlərinin görüşü bir sıra Avropa liderlərinin, o cümlədən Avropa Komissiyasının sədri Ursula fon der Leyenin Kiyevə səfəri ilə üst-üstə düşəcək. Bundan əlavə, Aİ xarici işlər nazirləri də fevralın 24-də Brüsseldə görüşəcək.