Avropa İttifaqında (Aİ) yeraltı qaz anbarlarında (UGS) ümumi yanacaq ehtiyatları onların ümumi tutumunun təxminən 49,99 faizinə qədər azalıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Avropada Qaz İnfrastruktur Operatorları Assosiasiyasının (Gas Infrastructure Europe, GIE) məlumatlarına istinadən xəbər verir.
6 fevral 2025-ci il tarixinə Aİ anbarları 49,99 faiz doludur. Qeyd olunur ki, bu, 2024-cü ilin eyni tarixi ilə müqayisədə 18,2 faiz azdır. Cari istilik mövsümü başlayandan Avropanın yeraltı qaz anbarlarının səviyyəsi artıq 45,2 faiz azalıb.
Aİ ölkələrində ümumi qaz ehtiyatları hazırda təxminən 55,7 milyard kubmetr təşkil edir. Ötən illə müqayisədə bu göstərici 19,9 milyard kubmetr azalıb.
Yanvarın 17-də məlum olub ki, bəzi Aİ ölkələrində yerli yeraltı qaz anbarlarında qaz ehtiyatlarının səviyyəsi hələ yanvarın ortalarında 50 faizdən aşağı düşüb. Belə ki, o vaxta kimi Fransada bu rəqəm 49,24 faizə, Xorvatiyada isə 47,74 faizə düşüb . Ən aşağı doluluq səviyyəsi daha sonra Hollandiyada (47,58 faiz), ən yüksək isə Portuqaliyada ( 100 faizə yaxın), İsveçdə (88,04 faiz) və İspaniyada (77,48 faiz) qeydə alınıb.