“Avrora” MMC ilə bağlı inzibati protokol tərtib edilib.
NOCOMMENT.az xəbər verir ki, şirkət barəsində aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə inzibati protokol tərtib edilib.
İşə Binəqədo rayon Məhkəməsində hakim Abbas Rzayevin sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, “Avrora Qrup” distribüter şirkəti kimi fəaliyyətinin əsası 1 noyabr 1993-cü ildə qoyulmuşdur. Şirkət fəaliyyətinə yerli və xarici fabriklərin istehsal etdiyi məhsulları ölkəmizdə dağıtımını həyata keçirməklə başlamışdır.
“Avrora Qrup” hal-hazırda qida sektorunda fəaliyyət göstərən distribüter şirkətlərindən biridir. Beynəlxalq şirkətlərin, zavod və fabriklərin partnyoru olan “Avrora Qrup”un portfoliosuna “Danone”, “Ehrman”, “Arla”, “Rolton”, “Hochland”, “KraftHeinz” “Pernod Ricard”, “Diageo”, “Carlsberg”, “Jagermeister”, “Gruppo Campari”, “Brown Forman”, “Bacardi Limited” və s. kimi aparıcı şirkətlər daxildir.
Şirkət mərkəzi ofisi Bakıda olmaqla Gəncə, Lənkəran, Bərdə, Quba, Göyçay, Şəki və Saatlıda filialları fəaliyyət göstərir.
Xatırladaq ki, “Avrora Qrup”un ümumi sahəsi 39000 kv/m olan logistika mərkəzi vardır. “Avrora Qrup” distribüter şirkəti olaraq hal-hazırda 12000-dən çox ticarət nöqtəsinə 1000-dən çox məhsul çeşidinin satışını həyata keçirir.