Avrora Qrup Ramazan bayramında aztəminatlı ailələri sevindirdi – FOTObackend

Avrora Qrup Ramazan bayramında aztəminatlı ailələri sevindirdiFOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avrora Qrup korporativ sosial məsuliyyət proqramına uyğun olaraq Ramazan bayramı ilə əlaqədar yardım aksiyası keçirib.

NOCOMMENT.az xəbər verir ki, aksiya zamanı Qızıl Aypara cəmiyyətində qeydiyyatda olan şəhid ailələri, əlilliyi olan, kimsəsiz və aztəminatlı insanlara ərzaq bağlamaları çatdırılıb. Yardım aksiyası Binəqədi rayonu 9-cu mk. rayon, Rəsulzadə qəsəbəsi və Binəqədi kəndində keçirilib.

Bundan başqa Avrora şirkəti koronavirus pandemiyası dövründə yardıma ehtiyacı olan insanları da sevindirib. Şirkət “Xızır Baba” yardım aksiyasına qoşularaq Sumqayıt şəhərində yaşayan aztəminatlı ailələrə yardım payı çatdırıb.